Ucuz aviabilet almaq üçün QAYDALAR

Ucuz aviabilet almaq üçün QAYDALARBelə bir deyim var, pulu əşyalara yox, təəssüratlara xərcləmək lazımdır. Nə fərqi var ki, sənin ayaqqabılarının neçə yaşı var, əgər sən onları geyinərək Parisdə gəzirsənsə.
Artıq böyük məbləğdə pul xərcləmədən də səyahət etmək olar. Lakin bu istəyi həyata keçirmək üçün bəzi sirləri bilmək lazımdır, hansı ki sizə daha ucuz aviabiletlər tapmaqda kömək edə bilər.
Ucuz aviabilet tapmaq üçün "Skyscanner", "Aviasales", "Oneworld" kimi proqramlardan istifadə edin. Bu zaman bir neçə aviaşirkətin səmərəli qiymətə olan biletləri haqqında məlumat əldə edə bilərsiniz. Həmçinin, qiymətlərlə yanaşı, uyğun vaxt da seçə biləcəksiniz.
Səyahət etmək üçün ən vacib məsələlərdən biri də tarixin seçilməsidir. Məlumat üçün bildirək ki, ən ucuz biletlər, əsasən, həftənin ikinci gününə olan biletlərdə olur. Lakin həftə sonuna yaxın bu qiymətlər sürətlə artmağa başlayır.
Burada bir balaca hiylə var. Belə ki, həftəsonu geri uçuşu, aviaşirkətlər biznes uçuşu qəbul edir. Ona görə də bu biletlərin qiymətləri, adətən, baha olur. Uçuşunuzu bir gün təxirə salmaqla nəzərəçarpacaq dərəcədə qənaət etmiş olacaqsınız.
Aviaşirkətlər haqqında xəbərlərə abunə olmaqla da daim endirimlər və biletlərə olan endirim kampaniyalarından yararlana bilərsiniz. Bundan başqa, kampaniyada olan biletlər də tez bir zamanda alına bilər. Odur ki, bunun üçün vaxtında hərəkətə keçmək lazımdır.
Loukesterlər
Daha məqsədəuyğun olardı ki, loukesterlərlə uçuşlar edəsiniz. Çünki loukestərlərdə xidmətlər az olduğundan, qiymətlər də ucuz olur.
Ucuz başa gələn uçuşlar əsasən ya səhər tezdən, ya da gecə saatlarında həyata keçirilir. Odur ki, səyahətə hazırlaşmamışdan öncə bütün bunları nəzərə alsanız, əlavə xərclərin qarşısını almış olacaqsınız.